ein Bild ein Bild
Sitemize Hoşgeldiniz, Ziyaretçi! Giriş Yap Kayıt Ol


Konuyu Değerlendir
  • 0 Oy - 0 Ortalama
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Əkbər QOŞALI-Ona qardaşlıq duyğuları ilə bağlandım
#1
Əkbər QOŞALI, şair-publisist
(AZƏRBAYCAN)
 
 
Mustafa Ceylan bəyəfəndini, hardasa 10 ildir tanıyıram. Daha öncə qiyabi tanıdığım, 10 il öncəsində İspartada, Göllər bölgəsi Şairlər və Yazarlar Dərnəyincə düzənlənən Şeir Şölənində bir neçə gün bir yerdə olma fürsəti bulduğum Mustafa Ceylanı şair kimliyinin yanında, bitkin bir şəxsiyyət olaraq gördüm.
 
Bilirsiz, şair yalnız şeir yazan deyil, yaxud şairin işi şeir yazmaqla bitmir. Şairliyi yaşaya bilmək, şeirlərində aşılmağa çalışdığı, anlatmağa çalışdığı İNSANLIĞı, OVQATı, GÖZƏLLİYi, DUYĞUnu, UMUDu və s... danışığında, rəftarında, hərəkətində, xarakterində... yansıda bilən, doğal şəkli ilə göstərə biləndir şair... Şeiri (yaratdıqları) xarakterli olmalıdır şairin... Bax, bu anlamda, sayın Ceylanı ötəri həvəslərdən, sönəcək parıltılardan uzaq durmağı bacaran, SÖZün ÖZünə üz tutmağı bacaran bir türk kişisi olaraq, gördüm, ona qardaşlıq duyğuları ilə bağlandım.
 
Köy(lü) və şəhər(li) ədəbiyyatı, solçu və sağçı ədəbiyyat, heca və əruz şeiri, ölçülü vəsərbəst (ağ) şeir, nəhayət klassik və postmodern ədəbiyyat kibi fərqli coğrafiyalarda, fərqli ədəbi ayrımlar mövcudkən, Mustafa bəylər məhz universal tavrı, küləklərə, əsintilərə... baxmazsızın öz sözünü deyən, öz yolunu cızan bir ədəbiyyatçı kimi gəlib mənə. Hesab edirəm, bu bir şair üçün çox ciddi, dəyərləndiriləcək hal sayılmalıdır.
 
Sayın Mustafa Ceylan' ı əlamətdar yubileyi münasibəti ürəkdən qutlayır, ən içdən diləklərimi yetirir, yeni-yeni uğurlar qazanacağına inamımı ifadə edirəm.
Var olun!
Sayğılarımla,
 
Cevapla
  


Foruma Git:


Konuyu Görüntüleyenler: 1 Ziyaretçi

Android Haberler | Ansansanat | Borsa Yorumla | Gülce Edebiyat | Türkçe Dersi